İran prezidenti İbrahim Rəisinin ölümündən sonra Qərb Macarıstanın baş naziri Viktor Orbana zərbə endirməyə cəhd edə bilər.
Qaziler.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov hesab edir. “NEWS.ru” ilə söhbətində ekspert bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiçə və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda sui-qəsd cəhdlərinin, eləcə də Türkiyədə çevriliş olduğunu xatırladıb.
“Təbii ki, Qərb Orbana zərbə vurmağa cəhd edə bilər. Vuçiçə qarşı sui-qəsd olub, həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda qarşı da olub, Türkiyədə çevriliş cəhdi ilə bağlı qəribə hadisə...” - Markov izah edib.
Politoloqun fikrincə, bu hadisələr Rusiya ilə deyil, ölkələrin Vaşinqtona itaətsizliyi ilə əlaqələndirilməlidir. Ekspertin vurğuladığı kimi, bu, Qərblə Rusiya Federasiyası arasında geosiyasi qarşıdurma deyil, ümumilikdə ABŞ-ın bütün rəqibləri ilə mübarizəsidir.
“Bir ay ərzində Vaşinqtonun əleyhdarlarına qarşı belə hücumların həyata keçirilməsi hamını heyrətə gətirir. Heç kim belə təsadüfi hadisələrə inanmaz. Buna görə də Orban və BƏƏ rəhbərliyi təhlükəsizlik səviyyələrini artırmalıdır”, - deyə Markov fikirlərini yekunlaşdırıb.
QAZİLER.AZ