Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib

Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib backend

Pekin Xarici Dillər Universitetində “İpək yoluyla ecazkar mədəniyyətləri kəşf et” devizi altında keçirilən ənənəvi mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, universitetin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrinin hazırladığı Azərbaycan stendində xalqımızın zəngin və özünəməxsus mədəniyyəti nümayiş etdirilib. Azərbaycanda elan olunan “Yaşın dünya naminə həmrəylik ili” mövzusuna uyğun hazırlanan stenddə COP29-la bağlı məlumat lövhəsi ziyarətçilərə təqdim olunub. Azərbaycanda qorunan nadir heyvanlar, xüsusilə Şirvan Milli Qoruğunun faunası haqqında əl işləri nümayiş etdirilib.

Ziyarətçilərin marağına səbəb olan digər amil Azərbaycan şairlərinin təbiət haqqında şeirlərindən seçilən xüsusi misralar olub. Çin dilinə tərcümə olunmuş bu misralar vasitəsilə Azərbaycan xalqının təbiətə olan münasibəti təqdim olunub. Bundan başqa, Azərbaycan mətbəxinin nümunələri sərgilənib, mədəniyyət və tariximizi əks etdirək kitablar və digər vəsaitlər nümayiş olunub.

Diaspora