Baş katib: Türk birliyi yeni səviyyəyə yüksələcək

Baş katib: Türk birliyi yeni səviyyəyə yüksələcək backend

Türk birliyi yeni səviyyəyə çatacaq.

"Report" Türk Dövlətləri Təşkilatına (TDT) istinadən xəbər verir ki, bu barədə qurumun Baş katibi Kubanıçbek Ömüraliyev TDT-yə üzv ölkələrin sosial siyasət nazirlərinin birinci toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, bu iclas türk birliyinin daha da güclənməsinə töhfə verəcək.

Məlumata görə, baş katib tədbir çərçivəsində TDT-yə üzv ölkələrin sosial siyasət nazirləri ilə görüşüb.

Qeyd edək ki, bu gün İstanbulda TDT-yə üzv ölkələrin sosial siyasət nazirlərinin ilk iclası keçirilir. Azərbaycanı toplantıda Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edir.

 

Diaspora