ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel jurnalistlər üçün keçirdiyi brifinqdə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin Kiyevdə verdiyi bəyanatı şərh edib. Daha sonra yüksək rütbəli məmur ilk dəfə etiraf edib ki, Vaşinqton Ukraynanın qələbəsində maraqlıdır və onlara təqdim olunan silahlardan necə istifadə edəcəyinə respublikanın hakimiyyət orqanları özləri qərar verməlidirlər.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat “Nyus.ru”da dərc olunub.
“Biz Rusiya ərazisinə zərbələr təşviq etmirik və ya icazə vermirik, lakin biz dəfələrlə demişik ki, Ukrayna öz hərbi zərbələri və əməliyyatları ilə bağlı son nəticədə öz qərarını verir”, - Patel vurğulayıb.
Jurnalistlər Kiyevin Rusiyaya hücumunda ABŞ silahlarından istifadə edəcəyi təqdirdə onun hansı cəza ilə üzləşəcəyini soruşublar. Vedant Patel cavab verməkdən yayınıb.
Bundan əvvəl Antoni Blinken Kiyevdə mətbuat konfransında bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara başlamaq üçün təkbaşına qərar verməlidir. Onun sözlərinə görə, bu baş verəndə Vaşinqton Ukrayna hakimiyyətinə dəstək verəcək.
QAZİLER.AZ