Bildiyimiz kimi mayın 15-də Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd edilib. Hazırda siyasətçinin vəziyyəti ağırdır.
Qaziler.az bildirir ki, “Nyus.ru” portalında Fitsoya qarşı sui-qəsdin səbəbləri ilə bağlı yazı dərc edilib. Yazıda slovakiyalı siyasətçinin Ukrayna, Rusiya və NATO haqqında hansı fikirləri səsləndirdiyi yer alıb.
Slovakiyanın Baş naziri hər zaman Ukraynanın NATO-da iştirakına, ona silah verilməsinə qarşı çıxmış, həmçinin Avrasiya qitəsində münasibətlərin normallaşması və Rusiya ilə münasibətlərin qurulmasının tərəfdarı olub. Slovakiyanın baş naziri bəyan edib ki, Ukraynadan Rusiyanı zəiflətmək üçün istifadə olunur.
“Əslində Ukraynadan yalnız geosiyasi məqsədlər üçün, Rusiyanı iqtisadi və beynəlxalq müstəvidə zəiflətmək üçün istifadə olunur. Qorxuram ki, bu geosiyasi məqsədlər naminə Qərb Rusiya ilə son Ukrayna əsgərinə qədər vuruşacaq və biz bu məqsəddən uzaq deyilik”, - deyə Fitso bildirib.
Fitso dəfələrlə bəyan edib ki, Ukraynanın NATO-ya qəbulu qəbuledilməzdir, çünki bu, mövcud geosiyasi vəziyyətin idarəolunmaz gərginləşməsinə səbəb ola bilər.
“Mən Ukraynanın NATO-ya üzvlüyünün əleyhinəyəm və ona veto qoyacağam. Bu, sadəcə olaraq üçüncü dünya müharibəsi üçün əsas olardı, başqa heç nə”, - Slovakiyanın baş naziri bildirib.
Fitson 2014-cü ildə Donbassdakı münaqişə ilə bağlı fikirlərini də səsləndirib. Siyasətçi bu hadisələrlə Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin kəskinləşməsini paralel aparıb.
“Rusiya üçün ukraynalı millətçilərin Donbasa hücumu ilə, NATO üçün HƏMAS-ın İsrailə hücumu eynidir. 2014-cü ildə NATO oxşar hücuma tamamilə sakit reaksiya verdi. Amma ukraynalı faşistlərin rusları məhv etməyə çalışdıqlarını qəti şəkildə sübut edən, qətlə yetirilən uşaqların, qocaların, qadınların müxtəlif dəhşətli fotolarını təqdim edə bilərsiniz”, - deyə Fitso bildirib.
Slovakiyanın Baş naziri Ukraynanın döyüş meydanında Rusiyaya qalib gəlmək şanslarına şübhə ilə yanaşıb. Fitsonun sözlərinə görə, Kiyevə bütün silah tədarükünə baxmayaraq, bu, mümkün deyil.
“Biz özümüzə etiraf etməliyik ki, Ukraynanın vəziyyətini hərbi planda döndərmək üçün kifayət qədər gücü yoxdur. Dünyadakı bütün silahları, bütün pulları tökə bilərik və Rusiya heç vaxt hərbi cəhətdən məğlub olmayacaq. Ümumilikdə belə idi ki, ukraynalılara silah və pul versəniz, ruslar diz çökəcək, gücsüzləşəcək və məhv olacaq. Bu strategiya işləmədi. Rusiya diz çökməyib. Danışıqlar gedəndə danışan da o olacaq”, - deyə Fitso bildirib.
Firuzə Alimova / QAZİLER.AZ