Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla birgə mətbuat konfransında rəsmi Bakının Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb.
“Report” xəbər verir ki, nazir qeyd edib ki, 2024-cü ildən intensiv danışıqlar başlayıb.
“Münxendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb. Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”, - nazir deyib.
Bununla belə C.Bayramov Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb:
“Sülh sazişi açıq məqamları olmayan, bir müddətdən sonra yenidən müzakirə mövzusuna çevriləcək məsələlərin yer almadığı sənəd olmalıdır”.