Rusiya prezidenti Vladimir Putin Nikolay Patruşevi başqa işə keçməsi ilə əlaqədar Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, dövlət başçısı müvafiq sərəncam imzalayıb.
Patruşevin yeni vəzifəsi dəqiqləşdirilməyib. Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun Təhlükəsizlik Şurasının yeni katibi olacağı da məlum olub.
Bundan əvvəl Putinin keçmiş baş nazirin müavini Andrey Belousovun Rusiya Federasiyasının müdafiə naziri təyin edilməsini təklif etdiyi bildirilib.