İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın təşkilatın nizamnaməsi ilə bağlı BMT kürsüsündə çıxışı Təl-Əvivin beynəlxalq hüququ tanımadığını göstərdi.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.
“Sevindirici haldır ki, Fələstinin BMT-yə üzvlüyü məsələsinə yenidən BMT Təhlükəsizlik Şurasında baxılıb və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsi səslərin böyük əksəriyyəti ilə qəbul edilib. Digər tərəfdən, Fələstin qətnaməsinin qəbulundan sonra İsrailin BMT-dəki nümayəndəsinin kürsüdə qurumun Nizamnaməsinin sənədini cırması İsrailin beynəlxalq hüququ tanımadığını bir daha göstərdi", - Çelik söyləyib.
Qeyd edək ki, ötən gün İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Baş Assambleyada çıxışı zamanı təşkilatın Nizamnaməsini portativ aparatla doğrayıb.
Mayın 10-da Baş Assambleya Fələstinin BMT-yə üzv olmaq hüququnu tanıyan və təşkilatdakı imkanlarını genişləndirən Təhlükəsizlik Şurasının qətnaməsini qəbul edib.