Mirzoyan Almatıya bu ümidlə getmişdi - alınmadı...

Mirzoyan Almatıya bu ümidlə getmişdi - alınmadı... backend

Xarici işlər nazirlərinin Almatı görüşündə Ermənistanın gözləntiləri özünü doğrultmadı. Qazaxın 4 kəndinin qaytarılmasından sonra İrəvan Almatıda Almatı Bəyannaməsinin yenilənməsi ilə nəticələnəcək razılaşmaya ümid edirdi. Görüşün də məhz 1991-ci ildə bəyannamənin imzalandığı “Dostluq Evi”ndə keçirilməsi simvolik xarakter daşıyırdı.

Lakin tərəflər şifahi olaraq, sülh sazişi üzrə danışıqların davam etdirilməsinə razılaşdı. Həm Bakının, həm İrəvanın rəsmi açıqlamasında fikir ayrılıqlarının olduğu vurğulanır: gözlənildiyi kimi, sərhədin delimitasiyasında və kommunikasiyanın açılmasında hansı prinsiplərin əsas götürülməsi açıq qalır.

Dörd kəndin qaytarılmasından sonra Ermənistanla yanaşı, başda ABŞ olmaqla, Qərb ölkələrinin Almatı Bəyannaməsi üzərində xüsusilə dayanması fonunda Bakının geri addım atmaması əhəmiyyətlidir. Almatı görüşünün əsas nəticəsini bu kontekstdə qiymətləndirmək olar

Diaspora