"ABŞ pul və silahlarla HƏMAS-a kömək edəcək" - İsrail tək qalsa...

"ABŞ pul və silahlarla HƏMAS-a kömək edəcək" -  İsrail tək qalsa... backend

“İsrail HƏMAS-ı təkbaşına məğlub edə bilər, lakin bu, Fələstin hərəkatı kənardan dəstək almadığı təqdirdə mümkündür”.

Qaziler.az bildirir ki, bunu hərbi politoloq Aleksandr Perendjiyev “NEWS.ru” ilə söhbətində deyib.

O, İsrailin baş naziri Benyamin Netanyahunun Təl-Əvivin ABŞ-ın köməyi olmadan döyüşə bilməsi ilə bağlı sözlərini belə şərh edib:

"HƏMAS-ın kənardan dəstəyi olmasa, İsrail HƏMAS-ı təkbaşına məğlub edə bilər. Güman edirəm ki, hətta ABŞ qeyri-dövlət strukturları vasitəsilə fələstinlilərə pul və silah alışında HƏMAS-a kömək də edəcək. İstənilən halda HƏMAS kənardan dəstəksiz qalmayacaq”, - Perendjiev bildirib.

O qeyd edib ki, İsrail güclü dövlətdir, lakin Təl-Əviv yalnız təkbaşına döyüşmək qərarına gəlsə, kimsə HƏMAS-ı dəstəkləməkdə maraqlı ola bilər. Ekspert istisna etməyib ki, bu dəstək İranın təsiri altında olan husilər və ya Hizbullah ola bilər. Həmsöhbət təklif edib ki, zəngin ərəblər də Fələstin tərəfinə kömək edə bilər.

“Kifayət qədər gücü varmı? Ola bilər, hansısa mərhələdə Netanyahuya elə gələ bilər ki, artıq qalibiyyətə yaxınlaşırlar, lakin sonra elə zərbə alacaqlar ki, döyüşlər İsrailin dərinliklərinə sıçrayacaq”, - Perendjiyev bildirib.

Ekspert əlavə edib ki, Netanyahu öz sözləri ilə hamıya meydan oxuyur. Bu, HƏMAS tərəfindəki digər oyunçuların münaqişədə iştirak etməyə başlaması üçün qıcıqlandırıcı çağırışdı. Bu halda hər şey İsrailin ssenarisi ilə getməyə bilər, - deyə Perendjiev fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora