Ukraynanı yalnız Zelenskinin ölümü xilas edə bilər.
QAZİLER.AZ Axar.az-a istinadla xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Larri Conson deyib.
O bildirib ki, Ukraynadan geriyə qalanları xilas etməyin yeganə yolu Vladimir Zelenskini fiziki olaraq məhv etməkdir.
Amerikalı kəşfiyyatçı Rusiya hərbçilərinin Zelenskini prezidentlik müddəti rəsmən başa çatdıqdan sonra (mayın 20-si) sıradan çıxara biləcəyi haqda fikir səsləndirib. Çünki danışıqlar prosesinin başlanmasına yalnız o mane olur:
“Rusiya danışıqlara başlamaq üçün Zelenskini aradan götürə bilər. Bu, hazırda Ukraynanın ən azı bir hissəsini xilas edəcək”.
Conson əlavə edib ki, səlahiyyət müddəti başa çatdıqdan və Zelenski rəsmi statusunu itirdikdən sonra onun sağ qalma ehtimalı çox aşağı olacaq.