Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır backend

İtaliyanın Rimini şəhərində keçirilən “MacFrut” sərgisində ADA və Bolonya universitetlərinin birgə layihəsi olan “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı sertifikat proqramı barədə məlumat verilir. Bu layihə Azərbaycanda kənd təsərrüfatı elminin inkişafı və bu sahədə mütəxəssislərin hazırlanması baxımından çox böyük önəm daşıyır.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən verdiyi lumata görə, bu sözləri Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov deyib.

“Çünki ölkə iqtisadiyyatının şaxələndirilməsi, xüsusən də kənd təsərrüfatının inkişafı baxımından bu cür layihələrin - ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramının böyük töhfəsi olacaq. Bugünkü sərgidə həmin əməkdaşlıq çərçivəsində ərsəyə gələn və layihənin nəticəsi olan məhsullar nümayiş edilir. Əminəm ki, gələcəkdə bu tip layihələrin Azərbaycanda həm bağçılığın, həm də ərzaq təhlükəsizliyinin, ümumilikdə isə kənd təsərrüfatının inkişafında xüsusi töhfəsi olacaq. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın kənd təsərrüfatı məhsulları, məhz bu kimi layihələr ortaya çıxaran milli mütəxəssislərimizin səyləri ilə yetişdirilən məhsullar Avropa bazarlarına da yol tapacaq. Bu da ölkəmizin kənd təsərrüfatı sahəsində yeni ixrac brendinin formalaşmasına böyük töhfə olacaq”, - deyə diplomat vurğulayıb.

 

 

 

 

Diaspora