Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb -  SİYAHI backend

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.

"Report"un Ankara bürosunun məlumatına görə, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planını imzalayıblar.

İki ölkə arasında həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu” imzalanıb.

Qeyd edək ki, mayın 8-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.

Diaspora