Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib –  YENİLƏNİB backend

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbad Musarza oğlu Musayevlə Lənkəran rayonunun Şağlasər kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Şağlasər kənd qəbiristanlığına aparılır.

15:28

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Şağlasər kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, İbad Musarza oğlu Musayev 1974-cü il martın 8-də anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

İ.Musayev Şağlasər kənd qəbiristanlığında dəfn olunacaq.

Diaspora