Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB

Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB backend

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Habil Oruc oğlu İsmayılovun meyitinin qalıqları Lənkəran rayonunun Kərgəlan kənd qəbiristanlığında dəfn edilib.

“Report”un Cənub bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin doğmaları, Lənkəran Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:25

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Habil Oruc oğlu İsmayılovla Lənkəran rayonunun Kərgəlan kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Kərgəlan kənd qəbiristanlığına aparılır.

14:15

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Habil Oruc oğlu İsmayılovun meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Kərgəlan kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Habil Oruc oğlu İsmayılov 1975-ci il mayın 26-da anadan olub. O, 1994-cü ilin yanvarın 27-də Xocavənd rayonunun “Şişqaya” yüksəkliyi istiqamətində itkin düşüb.

H.İsmayılov Kərgəlan kənd qəbiristanlığında dəfn olunacaq.

Diaspora