“Vladimir Putinin Ermənistan Baş naziri Nikol Pashinyan ilə bir neçə günə baş tutacaq görüşünə baxmayaraq, Rusiya ilə Ermənistanın münasibətləri çətinləşəcək”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu fikirləri politoloq Aleksey Makarkin görüşlə bağlı şəxsi proqnozunda səsləndirib. Müsahibəsində o bildirib ki, İrəvan Qarabağdakı hadisələr fonunda Moskvadan incikdir.
“Onlar düşünürlər ki, Rusiya Qarabağla bağlı məsələlərdə Ermənistanı dəstəkləməyib. Rusiyanın bu baxımdan öz arqumentləri var, lakin mövcud vəziyyətdə onlar erməni cəmiyyəti tərəfindən olduqca zəif qəbul edilir ", - ekspert qeyd edib.
Eyni zamanda o vurğulayıb ki, Ermənistan Rusiya Federasiyası ilə münasibətlərini tamamilə kəsə bilməyəcək. İrəvan tam dəqiqliklə KTMT-ni də tərk etməyəcək, əks halda bu, dövlət üçün heç bir təhlükəsizlik zəmanətinin olmaması deməkdir.
“Buna görə Paşinyan gələcək, görüşəcək, müzakirə edəcək. Lakin sonrakı vəziyyət Ermənistan-Azərbaycan münasibətlərinin xarakterindən asılı olacaq. Yaxınlaşma üçün ümid var, amma elə də böyük deyil” – Makarkin bildirib.
QAZİLER.AZ