Bu gün Müsavat Partiyası XI qurultayını keçirir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, qurultay Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunub.
Qurultayda partiyaya yeni başqan seçiləcəyi gözlənilir. 2014-cü ildə yerini Arif Hacılıya verən İsa Qəmbərin yenidən partiya sədri olacağı gözlənilir.
İsa Qəmbər partiya sədrliyinə yeganə namizəddir. Belə ki, Natiq Mehdi və Osman Kazımov namizədliklərini geri götürüblər.