Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 2 milyon avro ayırmağı planlaşdırır.
Bu barədə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Bakıda keçirilən "Avropa komandasının mina əleyhinə təşəbbüsü" adlı tədbirdə deyib.
“Minalardan təmizlənmə sahəsində potensialın daha da gücləndirilməsi məqsədilə əlavə texniki yardım göstərmək üçün bu il əlavə 2 milyon avro qrant maliyyələşdirilməsinin ayrıldığını elan etməkdən çox məmnunam”, - Qert Yan Kopmanın bildirib.
Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti insan amili ilə sıx bağlıdır: “Mina hər kəsə, o cümlədən uşaqlara təsir edən, iqtisadi və sosial inkişafa mane olan, faciəvi nəticələrə səbəb olan və buna görə də prioritet pilləni daha qətiyyətli irəliləməyə ehtiyac olan bəladır”.
Aİ Azərbaycanda minatəmizləmə sahəsində ən böyük donorlardan biridir. 2020-ci ilə qədər Avropa İttifaqı ölkəmizdə humanitar minatəmizləmə işlərinin asanlaşdırılması üçün 10 milyon avrodan çox qrant yardımı ayırıb. Ayrılan əlavə vəsait də nəzərə alınmaqla bu rəqəmin 13 milyon avroya yaxın artacağı gözlənilir.
Report.az