Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, Ankara S-400 sistemlərini üçüncü ölkələrə, o cümlədən Ukraynaya ötürməyi planlaşdırmır.
Qaziler.az bildirir ki, məlumatı “CNN Türk” yayıb. Türk nazir qeyd edib ki, Rusiya istehsalı olan zenit-raket kompleksləri Türkiyədə qalacaq.
“S-400 sistemlərimizi heç kimə ötürmək fikrində deyilik”, - deyə Gülər bildirib.
QAZİLER.AZ