Azay Quliyev tibb işçiləri ilə görüşüb

Azay Quliyev tibb işçiləri ilə görüşüb backend

Dünən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində dairə ərazisində yaşayan tibb işçiləri ilə görüşüb . Lent.az-ın məlumatına görə, iştirakçıları salamlayan Azay Quliyev səhiyyə işçilərinin cəmiyyətin aparıcı təbəqələrindən biri kimi, seçkilərdə fəal iştirakının deputatlığa namizədlər üçün cəlbedici olduğunu bildirib.

A.Quliyev qeyd edib ki, Azərbaycan dövləti səhiyyə işçilərinin sosial müdafiəsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün kompleks islahatlar həyata keçirir: “Milli Məclis də bu islahatlara qanunvericilik təşəbbüsləri və aktları ilə dəstək verir . Bu baxımdan, sizlərlə də görüşüb fikirlərinizi, təkliflərinizi öyrənməyi zəruri hesab etdik”.

Görüşdə çıxış edən tibb işçiləri dövlətin səhiyyə sahəsində həyata keçirdiyi tədbirləri öz fəaliyyətlərində hiss etdiklərini deyərək, onlara gələcəkdə dövlət qulluqçusu statusunun verilməsi perspektivi və icbari tibbi sığorta haqda deputatlığa namizədə sual ünvanlayıblar.



A.Quliyev hər iki məsələyə ətraflı aydınlıq gətirərək qeyd edib ki, gələn ildən tətbiq olunmağa başlanacaq icbari tibbi sığorta sistemi xəstələrlə yanaşı, tibb işçilərinin də maddi rifahına müsbət təsirini göstərəcək. Eyni zamanda, tibb işçilərinin sosial ipotekadan güzəştli şərtlərlə yararlanmasının tərəfdarı olduğunu deyib: “Bu yöndə təkliflər hazırda layihə mərhələsindədir. Ümid edirəm ki, yeni parlament dövründə tibb işçilərinin sosial rifahına hesablanmış belə bir qərar qəbul ediləcək”.
Tibb işçiləri onları maraqlandıran məsələlərə həssaslıqla yanaşdığı üçün deputatlığa namizədə təşəkkürlərini çatdırıaraq noyabrın 1-də yekdilliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 21 oktyabrda saat 18.00-da Binəqədi rayonu, İ.Dadaşov küç. 72/74 saylı binalarında yaşayan seçicilərlə görüşəcək.
Diaspora