Aİ-nin Ermənistandakı missiyasının əsas hədəfi casusluqdur - Zaxarova

Aİ-nin Ermənistandakı missiyasının əsas hədəfi casusluqdur - Zaxarova backend

Rusiya Azərbaycan və Ermənistan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının əsl hədəflərinə heç vaxt şübhə etməyib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, bu missiya regionda casusluq fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulub: "Aİ missiyasının fəaliyyətinə gəlincə, biz onun əsl mahiyyətinə heç vaxt şübhə etməmişik. Bu, casusluq fəaliyyətini həyata keçirmək vəzifəsidir. Bu barədə bir neçə dəfə danışmışıq”.

Diaspora