Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sərhədin delimitasiyası üzrə praktiki prosesə başlayıb. Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, təhlükəsizlik risklərini azaltmaq üçün də vacibdir.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, Paşinyan Ermənistanla Azərbaycan arasında Sovet İttifaqının dağılması zamanı mövcud olan sərhədlərin bərpa edilməsinin zəruri olduğunu vurğulayıb.
“Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin praktiki mərhələsindəyik ki, bu da təhlükəsizlik risklərinin minimuma endirilməsi baxımından çox vacibdir. Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri torpaqda bərpa etmək lazımdır”, - Paşinyan bildirib.
QAZİLER.AZ