BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensis Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşüb.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Dennis Frensis "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ilə xoş görüş keçirilib. Azərbaycanın BMT Baş Assambleyasının tarixdə ilk dəfə keçirilən Davamlı İnkişaf Həftəsinə verdiyi töhfəni və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını, xüsusilə də Avropada enerji təhlükəsizliyinin artırılmasını yüksək qiymətləndirirəm. Azərbaycanın yaşıl enerjiyə keçidini sürətləndirmək səylərini və COP29 zamanı enerji keçidini təşviq etmək öhdəliyini alqışlayıram", - deyə o qeyd edib.