Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi... backend

Ermənistan Qazaxın anklav olmayan 4 kəndini qaytarmaqla bir məsələni də aktuallaşdırmağı planlaşdırır: sərhədlərin delimitasiyasında 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanmaq;

İrəvan bununla bir neçə hədəfə çatmağı hesablayır:

- Delimitasiya prosesində keçmiş xəritələri gündəmdən çıxarmaq;

- Delimitasiyanı SSRİ dağılanda mövcud olan xətlərə uyğun aparmaq;

- “Güzgü prinsipi”ni qəbul etdirmək və Azərbaycan qoşunlarının 44 günlük müharibədən sonra çıxdığı strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmaq;

Delimitasiya komissiyalarının razılaşmasına bu məsələ daxil edilib: “Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər”. Beləliklə, Ermənistan delimitasiya planında bu razılaşmanı istinad nöqtəsi kimi istifadə etmək istəyir.

QAZİLER.AZ  Axar.az-a istinadəm bildirir ki, Rəsmi Bakı bunu bildiyi üçün razılaşmaya mühüm bir əlavə daxil edib. Razılaşmanın “delimitasiya prosesində Alma-Ata bəyannaməsinə əsaslanacaq” hissəsində qeyd olunur ki, “əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq”.

Bu o deməkdir ki:

1. Delimitasiya prosesində Alma-Ata bəyannaməsi Qazaxın kəndlərinin qaytarılması məsələsində keçərlidir, sərhədin digər hissələrinin müəyyənləşməsində qüvvədən düşə bilər;

2. “Güzgü prinsipi” – qoşunların geri çəkilməsi məsələsi qəbul edilmir;

3. Azərbaycan keçmiş xəritələri - sovetləşmə dövründə Ermənistana bağışlanmış ərazilərimizlə bağlı məsələni aktual olaraq saxlayır;

4. Sülh sazişi mətninə delimitasiyanın keçmiş xəritələrə əsaslanması məsələsi daxil edilə və bu razılaşmanın “Alma-Ata bəyannaməsinə əsaslanması” bəndi dəyişdirilə bilər;

Razılaşmaya bu qeydin daxil edilməsi Ermənistanın delimitasiya planında “istinad nöqtəsi”ni əlindən alır

 

 

Diaspora