“Qərb ölkələri Ermənistanı regionda yeni münaqişələri qızışdırmaq üçün yeni alətə çevirəcək”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. O əlavə edib ki, Aİ və ABŞ “kifayət qədər oynayan kimi” İrəvan tərk ediləcək.
“Görünən odur ki, Vaşinqton və Brüssel Rusiya ilə Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri məhv etməyi, həm də KTMT və Aİİ mexanizmlərini sarsıtmağı qarşılarına məqsəd qoyublar. Qərb ölkələri Cənubi Qafqazda ən yaxın qonşular arasında çəkişmə yaratmağa çalışır, Ermənistana isə sadəcə olaraq ABŞ və Aİ-nin yeni böyük yanğını alovlandırmağı planlaşdırdığı alət rolu verilir. Kifayət qədər oynadıqdan sonra qərblilər Ermənistanı tərk edəcəklər”, - Zaxarova bildirib.
QAZİLER.AZ