“Rusiya sülhməramlılarının vətənə qayıtması sevincli hadisədir”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini general-polkovnik Viktor Bondarev “NEWS.ru”ya açıqlamasında deyib.
O, sülhməramlıların Qarabağdakı missiyasını tamamilə başa çatmış adlandırıb və xatırladıb ki, vaxtından əvvəl geri çəkilmək barədə qərar Rusiya və Azərbaycanın ali rəhbərliyi tərəfindən birgə qəbul edilib.
“Ümidvaram ki, bununla da Qarabağ münaqişəsi həll olunmuş və tükənmiş hesab olunacaq. Hesab edirəm ki, Rusiya sülhməramlılarına həvalə edilmiş missiya tam başa çatdı və onların tez evə qayıtması ailə və dostlar üçün sevincli hadisədir”, - deyə general-polkovnik qeyd edib.
Bondarev qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycan ərazisinə heç bir iddianın olmadığını etiraf edib. O xatırladıb ki, bir gün əvvəl Yerevan nümayəndələrinin özləri Azərbaycanın Ermənistanın iddiaları ilə bağlı baxılan etirazına Beynəlxalq Ədalət Məhkəməsində çıxış edərkən bildiriblər.
“İrəvan nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, Ermənistan Azərbaycan ərazisinə iddia etmir, möhkəm və uzunmüddətli sülh üçün şərait yaratmağa sadiqdir”, - Bondarev vurğulayıb.
QAZİLER.AZ