“Sülhməramlı kontingentin Azərbaycan ərazisindən çıxarılması təbii və məntiqlidir”.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin “NEWS.ru”ya bildirib. Onun fikrincə, sülhməramlılar Qarabağ ətrafında münaqişə həll olunduğu üçün geri qayıdırlar.
“Bu, tamamilə ağlabatan qərardır. Sülhməramlılarımızın geri çəkilməsi təbii və məntiqlidir. Başlıca səbəb Ermənistan lideri Nikol Paşinyanın özünün birbaşa və açıq şəkildə “Qarabağ Azərbaycanın bir hissəsidir” deməsidir. Ona görə də bütün məsələ həll olundu, Rusiyanın Qarabağda sülhməramlılarını yerləşdirməsinin səbəbləri də aradan qalxdı”, - Karasin bildirib.
Senator sülhməramlıların öz missiyasını ləyaqətlə yerinə yetirdiyini və geri çəkilmə prosesinin prblemsiz davam etdiyini vurğulayıb.
“Əsgərlərimiz Azərbaycan rəhbərliyi ilə razılaşaraq ordan gedirlər. Biz öz funksiyamızı ləyaqətlə yerinə yetirdik. Təsadüfi deyil ki, indi bir çox siyasətçi sülhməramlıların xidmətlərinin nəticələrini yüksək qiymətləndirirlər”, - senator qeyd edib.
QAZİLER.AZ