"Ermənistanın Azərbaycanla problemi yaxın gələcəkdə həll edilməyəcək" - Rusiyalı politoloq

"Ermənistanın Azərbaycanla problemi yaxın gələcəkdə həll edilməyəcək" - Rusiyalı politoloq backend

“Ermənistanın Qərb ölkələri ilə əməkdaşlığının daha da dərinləşməsi və Moskva ilə müttəfiqlikdən imtina etməsi Rusiyanı ciddi siyasi nəticələrlə təhdid etmir".

Qaziler.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq və hərbi ekspert Mixail Onufrienko “NEWS.ru”ya bildirib.O, hadisələrin bu cür inkişafından İrəvanın daha çox itirəcəyi qənaətində olduğunu bildirib.

O qeyd edib ki, bir müddət əvvəl Azərbaycan mətbuatında Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı imzalana biləcək Ermənistan, ABŞ və Aİ arasında hərbi sahədə əməkdaşlıq planları barədə sənəd dərc olunub. Mətndə qeyd edilib ki, Aİ Ermənistanın Rusiya ilə müttəfiqliyindən ümumi hərbi-texniki asılılığını azaltmaq üçün təşəbbüslər təqdim etməyə söz verib.

“Birincisi, Ermənistan Rusiya ilə heç həmsərhəd deyil. İkincisi, bu, çox kiçik bir dövlətdir ki, çoxlu sayda problemləri var, o cümlədən Azərbaycanla, hansı ki yaxın gələcəkdə həll edilməyəcək. Ermənilərin problemləri olacaq. Axı İrəvan enerji təchizatında tamamilə Moskvadan asılıdır. Ermənistan Rusiyadan üz döndərsə, tədarük dayana bilər. Bu, onu sübut edir ki, nə Aİ, nə də NATO ölkələri Ermənistanın maraqları ilə maraqlandırmır”, - Onufrienko bildirib.

QAZİLER.AZ

Diaspora