Belarus Respublikasına işgüzar səfəri zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov
Belarusun xarici işlər naziri Sergey Aleinik ilə ikitərəfli görüş keçirib.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeyd edilib.
Bildirilib ki, nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini və Azərbaycan, Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün sahələri müzakirə ediblər.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov ötən gün Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur