MDB XİN başçılarının iclasının gündəliyi məlum olub

MDB XİN başçılarının iclasının gündəliyi məlum olub backend

Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gündəliyi məlum olub.

“Report” “Belta”ya istinadən xəbər verir ki, bu barədə İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, iclasda Xarici işlər orqanlarının rəhbərləri beynəlxalq gündəlikdəki aktual məsələlər və MDB formatında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Xarici İşlər Nazirləri Şurasının üzvləri geniş tərkibdə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi” vahid yubiley medalının təsis edilməsi məsələsini müzakirə etmək niyyətindədirlər.

İclas iştirakçıları, həmçinin Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərə göndərilən nümayəndə heyətlərinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi, MDB-nin 2025 və 2026-cı illərdə idman paytaxtlarının elan edilməsi, MDB-nin əsas təşkilatları statusunun verilməsi haqqında qərarlar qəbul edəcəklər. Birlik ölkələri hərbi təhlükəsizliyin təmin edilməsi problemlərinin tədqiqi, həmçinin universitet idmanı sahəsində və məhkəmə sistemləri üçün kadrların hazırlanması və ixtisasların artırılması sahəsində fikir mübadiləsi aparacaqlar.

İclasda nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planının və 2023-cü ildə MDB dövlətlərinin xarici işlər nazirlikləri arasında tərəfdaşlıq əlaqələrinin intensivləşdirilməsi üzrə fəaliyyət proqramının icrasına yekun vurulacaq.

Bundan əlavə, toplantıda jurnalistlərin peşə fəaliyyəti üçün təhlükəsiz şəraitin təmin edilməsi və hüquqlarının pozulmasının qarşısının alınması, o cümlədən 2024-cü il martın 22-də Rusiyanın Moskva vilayətində törədilmiş terror aktı barədə bəyanatın qəbulu nəzərdə tutulub.

Qeyd edək ki, iclas aprelin 12-də keçiriləcək.

Diaspora