“Azərbaycanın tələblərini rədd etməməliyik, əks halda...” - Mirzoyandan deputatlara ÇAĞIRIŞ

“Azərbaycanın tələblərini rədd etməməliyik, əks halda...” - Mirzoyandan deputatlara  ÇAĞIRIŞ backend

Xəbər verdiyimiz kimi, dünən Ermənistan parlamentində Azərbaycanla şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı qapalı iclas keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müxalif deputatların etirazına baxmayaraq, hakim “Mülki müqavilə” fraksiyası iclasın bağlı qapılar arxasında keçirlməsinə nail olub.

İclasda xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mher Qriqoryan da iştirak edib.

“Hraparak” qəzeti bu gün iclasdan bəzi nüansları diqqətə çatdırıb.

Dünənki iclasda baş nazirin müavini Mher Qriqoryan hazırda Azərbaycanla şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqların davam etdiyini vurğulayıb.

Xarici işlər naziri Ararat Mirzoyan isə gərgin şəkildə açıq mətnlə deyib: “Azərbaycanın tələblərini rədd etməməliyik, rədd etmək üçün resurslarımız yoxdur. Əks halda, müharibə olacaq”.

Qəzet yazır ki, iclasda Mirzoyanın əhval-ruhiyyəsi çox korlanıb, müxalif deputatlar onun üstünı qışqırıblar, danışıq tonunu dəyişməyə çağırıblar.

Qeyd edək ki, Qazaxın işğal edilmiş esklav olmayan Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılması hazırda gündəmin əsas müzakirə məsələsidir. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi bu kəndlərin qeyd-şərtsiz qaytarılmasını istəyir. Ermənistanda isə hələ ki buna müqavimət göstərilir, proses uzadılır. 

Ermənistanın baş naziri Nikol Paşinyan da bir müddət əvvəl Tavuş bölgəsində keçirdiyi görüşdə bəyan etmişdi ki, kəndləri təcili qaytarmasalar, müharibə olacaq. Onun bu bəyanatı Ermənistandakı revanşist qüvvələr tərəfindən etirazla qarşılanmış, Paşinyan qorxaqlıqda suçlanmışdı.

Diaspora