Ermənistan Azərbaycanın “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib

Ermənistan Azərbaycanın “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib backend

Ermənistan Azərbaycan tərəfinin “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

O, söyləyib ki, söhbət “Sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantından gedir.

Qeyd edək ki, bu il fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını açıqlamışdı.

Mənbə: Aysor.az / Report.az

Diaspora