Azərbaycan, Türkiyə və Gürcüstan arasında tranzit gömrük prosedurlarının asanlaşdırılmasına dair saziş Türkiyədə qüvvəyə minib

Azərbaycan, Türkiyə və Gürcüstan arasında tranzit gömrük prosedurlarının asanlaşdırılmasına dair saziş Türkiyədə qüvvəyə minib backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilən “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” bu gün Türkiyənin Rəsmi qəzetində dərc edilərək qüvvəyə minib.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, saziş bu il avqustun 18-də Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclasında imzalanıb.

Sənədi Azərbaycan Hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin vəzifələrini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Türkiyə Hökuməti adından Türkiyə ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstan Hökuməti adından Gürcüstanın Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava imzalayıblar.

Sazişin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.

Diaspora