ABŞ və Avropa İttifaqı Brüsseldə keçirilən görüşdə verdikləri müvəqqəti vədlərlə Ermənistanın KTMT və Aİİ-dən çıxmasına çalışır.
Qaziler.az "Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rusiya XİN Qərbin Ermənistanı “Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını” həyata keçirmək üçün alətə çevirmək istədiyini açıq-aşkar hesab edir.
“Biz 2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü “kollektiv Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk. Görünən odur ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Biz bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Aİİ-dən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar”, - hesabatda deyilir.
QAZİLER.AZ