Kreml rəsmisi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyada gözlənilən səfərbərliklə bağlı sözlərini təkzib edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, Peskov açıqlamasında qeyd edib ki, Ukrayna liderinin bəyanatları həqiqətə uyğun deyil.
“Bu doğru deyil”, - Peskov bildirib.
Daha əvvəl Zelenski Rusiyanın 1 iyundan etibarən 300 min nəfəri əhatə edəcək yeni səfərbərlik dalğası elan edəcəyini iddia etmişdi.
QAZİLER.AZ