"Finlandiya NATO-ya qoşulan kimi Rusiyanın şimal sərhədində vəziyyət gərginləşməyə başladı”.
Qaziler.az bildirir ki, bunu III dərəcəli ehtiyatda olan kapitan, hərbi ekspert Maksim Klimov "NEWS.ru" ilə söhbətində deyib. Onun fikrincə, vəziyyət daha da pisləşəcək, çünki indi Finlandiya Alyansın hissələrinin ötürülməsi üçün tramplindir, hansı ki, Rusiyanın əsas sənaye mərkəzlərindən birinə - Sankt-Peterburqa zərbə endirilə bilər.
“Rusiya ilə NATO arasında güc balansını nəzərə alsaq, mümkün münaqişənin həllinin yeganə yolu nüvə silahından istifadə etməkdir. Birləşmiş Ştatlar heç vaxt gizlətməyib ki, onlar üçün vəziyyətin inkişaf ssenarilərindən biri Rusiyaya nüvəsizləşdirici zərbə endirməkdir”, - o qeyd edib.
Klimovun sözlərinə görə, Rusiyanın quru qoşunları belə bir zərbəyə kifayət qədər həssasdır. Ekspert əlavə edib ki, bu baxımdan dəniz strateji qrupunun sabitliyi mühüm rol oynayır.
QAZİLER.AZ