"ABŞ İrana zərbə vurmaq və Azərbaycana qarşı müharibəyə başlamağa çalışır" - Qərbin Cənubi Qafqazdakı məqsədləri

"ABŞ İrana zərbə vurmaq və Azərbaycana qarşı müharibəyə başlamağa çalışır" - Qərbin Cənubi Qafqazdakı məqsədləri backend

"Qərbin Cənubi Qafqaza müdaxiləsi Rusiya sərhədçilərini Ermənistan ərazisindən qovmaq istəyən ABŞ-ın göstərişi ilə həyata keçirilir".

Qaziler.az xəbər verir ki, bu fikirləri hərbi politoloq Aleksandr Perendjiyev “NEWS.ru” ilə söhbətində bildirib. Onun sözlərinə görə, Vaşinqton İrana zərbə vurmaq və Azərbaycana qarşı müharibəyə başlamaq üçün orada öz bazalarını yerləşdirməyə çalışır.

“Qərbin Ermənistan ərazisindən istifadə etməklə Cənubi Qafqaza müdaxiləsi arasında birbaşa əlaqə var. Bu, Rusiya sərhədçilərini ölkədən çıxarmaq və onların İrana qarşı təcavüzkar hərəkətləri üçün bazalar yaratmaq istəyi ilə bağlıdır. İrana qarşı təxribat iki tərəfdən gəlir - şimaldan və cənubdan. Bütün bunlar ABŞ-ın sifarişidir. Burada söhbət geosiyasi məsələlərdən getmir, amma əsl səbəblər geoiqtisadi məsələlərdir”, - Perendjiyev bildirib.

Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti qeyd edib ki, məqsəd Şimal-Cənub nəqliyyat dəhlizi olduğundan ABŞ-ın hərəkətləri birbaşa Rusiyaya təsir edir. Perendjiyev əlavə edib ki, bu, təkcə Moskva üçün deyil, həm də İran, Azərbaycan, Hindistan və Çin üçün faydalıdır.

“ABŞ-ın Cənubi Qafqaza müdaxiləsi, ermənilərin Azərbaycana qarşı düşmənçilik törətmək cəhdləri indi İrana zərbə... Əslində ABŞ terror, təxribat müharibəsi və açıq döyüş əməliyyatları aparır. İran bunu çox gözəl anlayır. Bu isə birbaşa Rusiyanın geoiqtisadi maraqlarına təsir edir”, - ekspert yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora