5 aprelin daha bir tərcüməsi...

5 aprelin daha bir tərcüməsi... backend

 Yüz illərin zəfərini artıq haqq edən bir ölkənin vətəndaşı olaraq başımı nə qədər inamla dik tutsam da bu gün yaşadıqlarım içimi, bütün varlığımı sarsıtdı...

Ötən əsrin əvvəllərində münaqiflərin qurduğu bir oyunla can Azərbaycanımızın köksünə çalın-çarpaz yaralar vuran bir namərd qılıncının sancıldığı  günü növbəti dəfə andığım zaman, əziz dostum, qardaşım, 1-ci Qarabağ müharibəsinin odundan, alovundan keçən, ana vətən uğrunda canını, sağlamlığını əsirgəməyən qazi qardaşım Rey Kərimoğlu paylaşdığı bir yayımla məni də özüylə bir yerdə dəfn mərasiminə apardı. Xocalı qurbanlarımızın on illər sonrası dəfnindən həmişə məğrur Rey qardaşımın indi titrək səsiylə bizi də oraya daşıya biləcək yayımının mənə, orta statistik azərbaycanlıya yaşatdıqları bir ayrı yazının mövzusudu. Amma mən burdan, Rey qardaşımın yanından, düz o özləri yaşda ata-analarını oxşaya-oxşaya dəfn edərkən göylərə ucaltdıqları fəryadların içindən Brüsseldə keçiriləcək 5 aprel görüşünə baxdığımda nələr düşündüyümü sizinlə, əziz xalqımla, insanlıqla bölüşmək istəyirəm.

Yadınızdamı, bir az əvvəl Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Xocalıdakı çıxışı zamanı bildirmişdi ki, səylərimiz nəticəsində 18 ölkə bu soyqırım faktını tanısa da böyük dövlətlər, yəni bütövlükdə dünyamıza hökmranlıq etmək iddiasıyla yaşayan dövlətlər haqqımızı, ədaləti tanımadılar.

İndi bu 5 aprel görüşünün əsas müəllifi də zaman-zaman haqqımızı tanımayan böyük güclərdən biridir. Məqsəd isə əsla hansısa təhlükəsizlik məsələsinə qarant olmaq, onu çözmək deyil. Əksinə, vaxtilə onların da hər zaman var olmasına töhvə verdikləri bir "konflikt" in tamamilə yox olmasına yol verməməkdir.

Məncə artıq heç kəsə sirr deyil ki, böyük güclər məqsədlərinə çatmaq üçün konfliktləri daim yaşatmaqla, onu gündəmə uyğun idarə etməklə bir alətə çevirirlər. Həm də bu konfliktlər sərhədlər cızılmaq şərtilə şərikli olur. 

Görmədinizmi hər zaman erməni məsələsində bizə qarşı olan düşmən mövqelər əks düşərgələrdə olsalar da bu işdə tarazlığı pozmurlar.

İndi Paşinyana bildirirlər ki, səni ona görə yaşadırıq ki, sən də bu konflikti bizim tövsiyələrimizlə yaşadasan. Bunu etsən həmişə yanındayıq.

Azərbaycan sarıdan bu siyasətləri çoxdan fiaskoya uğradı. İnamlı zəfərə imza atan ölkə başçımız Qarabağ məsələsində oyunları pozduğundan yaranmış reallığı həzm etmək asan olmur.

5 aprel də növbəti iyrənc oyundu.

Diaspora