Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində müşahidə postları Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.
QAZILER.AZ Lent.az-a istinaden xəbər verir ki, bu barədə mediaya müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Səfir Ermənistan Baş nazirinin 2020-ci ildə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün belə bir xahiş etdiyini vurğulayıb.
Diplomat əlavə edib ki, Ermənistan tərəfi Rusiyanın müşahidə postlarının yerləşdirilməsini hüquqi planda qanuniləşdirməyə cəsarət etməyib.