Ölkəmizdə aparılan sosial islahatların uğurları Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində “International Professional Trade Exhibition & Meeting Planner” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə də yüksək dəyərləndirilib.
Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) həmin beynəlxalq müsabiqədə uğur qazanıb.
Malayziya, Xorvatiya, Misir, Çin, İndoneziya, İran və digər bir çox ölkələrin dövlət qurumları və özəl şirkətlərinin iştirak etdiyi müsabiqədə DSMF ən qabaqcıl təcrübəyə görə beynəlxalq münsiflər tərəfindən “2024-cü ilin Dövlət Orqanı” fəxri adına layiq görülüb.
Beləliklə, Fond 2024-cü ilin ilk rübü ərzində daha 11 beynəlxalq mükafata layiq görülüb.