“Ermənistana qarşı xarici təcavüz olarsa, İrəvan bunu istəsə, Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirməyə hazırdır”.
Qaziler.az bildirir ki, bu fikirləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanın “24News” portalına müsahibəsində bəyan edib.
“Rusiyanın əldə etdiyi razılaşmalar vasitəsilə üzərinə götürdüyü öhdəliklərdən imtina etdiyinə inanmaq üçün heç bir əsasım yoxdur. Bizim bütün ictimai açıqlamalarımız buna şübhə etməyə əsas vermir”, - Kopırkin Azərbaycandan hücum olacağı təqdirdə Moskvanın üzərinə düşən öhdəlikləri yerinə yetirib-yetirməyəcəyi sualına cavab verərkən deyib.
O, həmçinin Ermənistan hakimiyyətinin bir sıra nümayəndələrinin guya Rusiya Federasiyasının Ermənistanı Rusiya və Belarusa birləşməyə məcbur etməsi barədə bəyanatlarını da yalan adlandırıb.
Mənbə: Gazeta.ru
QAZİLER.AZ