Rusiya mediasında anti-Azərbaycan siyasətini təbliğ edən sanki mütəşəkkil bir dəstə fəaliyyət göstərir. Hansı ki bu dəstə eyni mərkəzdən idarə edilir və maliyyələşdirilir. Onların sırası genişdir - Solovyov, Simonyan, Qabrielyanov və başqaları.
Azərbaycana qarşı nifrət püskürmək üçün isə onlar öz aralarında sanki yarışa girirlər. Çünki işin ucunda maliyyə var. İdeoloji verilişlərdə həvəslə Azərbaycanı tənqid edir, nədəsə ittiham etmək üçün süni səbəblər yaradır, nağıllar uydururlar.
Baku TV-nin departament rəhbəri Turan İbrahimov mövzu ilə bağlı bildirib ki, bu yaxınlarda Rusiyanın nüfuzlu media resurslarında dolayı yolla bir məlumat yayıldı və bildirildi ki, Solovyova hər il hazırkı fəaliyyətini yerinə yetirməsi üçün 60 milyon dollara qədər pul ayrılır.
Solovyov və digərlərinin məqsədi onlardan pulunu əsirgəməyən erməni ağalarına, əsasən də öz cinayətkarlığı ilə ad çıxarmış Samvel Karapetyana yarınmaqdır. Söhbət Rusiyanın ən zəngin ermənisi, “Taşir” Holdinqin rəhbəri Karapetyandan gedir. Rusiyanın mineral ehtiyatlarını istismar edən, Gürcüstanın enerji sektorunu ələ keçirən, Robert Koçaryanın dostu olan, onu pul ödəyərək həbsdən azad edən bu terror sponsorunun Azərbaycana qarşı etdiyi cinayətlərə görə ölkəmizdə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi də başlanılıb.
Karepetyanın Rusiyada yemlədiyi “ideoloq”lar arasında səsi ən çox gur çıxan isə Vladimir Solovyovdur. O, əlinə hər fürsət düşdükcə, daha doğrusu, cibi boşaldıqca ermənilərə xoş görünmək üçün öz verilişlərində Azərbaycan əleyhinə mövzuları müzakirəyə çıxarır, iki ölkənin münasibətlərinə xələl gətirə biləcək təxribatçı fikirlər səsləndirir.
Daha ətraflı süjetdə: