Ermənistan və Azərbaycan ölkələr arasında münasibətlərin normallaşmasına yol açacaq saziş imzalamalıdırlar.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu martın 19-da İrəvana gələn NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberqin sözlərinə görə, sülhün bağlanması avroatlantik təhlükəsizlik üçün vacibdir.
“Bunun avroatlantik təhlükəsizliyinə təsiri var, çünki biz daha təhlükəli dünyada yaşayırıq”, - NATO-nun baş katibi bildirib.
QAZİLER.AZ