“Həftənin sonunda Azərbaycanla müharibə başlaya bilər” - Paşinyan

“Həftənin sonunda Azərbaycanla müharibə başlaya bilər” - Paşinyan backend

"Əgər Ermənistan Azərbaycanla Sovet dövründən qalan sərhəd kəndi anklavları məsələsində güzəştə getməsə, o zaman həftənin sonunda müharibə başlaya bilər".

Qaziler.az “TASS”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə deyib.

O əlavə edib ki, münaqişədən sonra yerli sakinlər ondan bilə-bilə hərbi əməliyyatların baş verəcəyi barədə niyə xəbərdarlıq etmədiyini soruşacaqlar.

“Biz indi buradan gedə bilərik, gedək [Azərbaycana] deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq”, - Paşinyan deyib.

Qeyd edək ki, bundan əvvəl Paşinyan İrəvanla Bakı arasında sərhədlərin delimitasiyası və demarkasiyasının praktiki mərhələsinin başladığını bildirib.

QAZİLER.AZ

Diaspora