Zaxarova Keyt Middltonun "yoxa çıxmasından" istehza ilə danışdı

Zaxarova Keyt Middltonun "yoxa çıxmasından" istehza ilə danışdı backend

Onlar iki aydır ki, Londonda Uels şahzadəsi Keyti ​​axtarırlar, yalnız Noviçok (zəhərli maddə) tez tapılır.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında paylaşıb. O, Britaniya taxt-tacının varisi Uilyamın həyat yoldaşının uzun müddət ictimaiyyət arasında olmamasına istehzalı münasibət bildirib.

“Filankəs” 2 aydan artıqdır ki, ictimaiyyət qarşısına çıxmır... Ümumiyyətlə, Londonda ancaq “Noviçok” və “Moskvanın əli” tez tapılır. Bu, 2-3 gün çəkir. Ancaq “tapılmaması” lazım olan hər şey isə uzun müddət axtarılır”, - Zaxarova istehza ilə yazıb.

Qeyd edək ki, yanvarın 16-da Keyt Middlton London klinikalarından birinə yerləşdirilib və elə həmin gün əməliyyat olunub. Ehtimal olunur ki, Keyt Middlton vəzifəsinə martın 31-də qeyd olunacaq Pasxa bayramından tez qayıdacaq.

QAZİLER.AZ

Diaspora