Makron "Krıma kim sahib olmalıdır?" sualına CAVAB VERDİ

Makron "Krıma kim sahib olmalıdır?" sualına  CAVAB VERDİ backend

“Krımın Ukraynanın bir hissəsi kimi tanınmalıdır”.

Qaziler.az bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron “TF1” və “France 2” telekanallarına müsahibəsində deyib. Onun sözlərinə görə, bu, davamlı sülhə nail olmaq üçün lazımdır.

“Biz Ukraynanın Rusiyanı məğlub etməsinə kömək etmək üçün əlimizdən gələni edirik, çünki çox sadə deyəcəyəm: Krım da daxil olmaqla, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtmayınca, davamlı sülhdən söhbət gedə bilməz”, - Makron deyib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünün müzakirə edildiyini, lakin orada iştirak edənlərin bu mövzuda konsensusa gəlmədiyini bildirib.

QAZİLER.AZ

Diaspora