Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
Qaziler.az bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Xarici işlər naziri Fidan sabah Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.