Əli Əsədov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının icraçı direktoru ilə görüşüb

Əli Əsədov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının icraçı direktoru ilə görüşüb backend

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima ilə görüşüb.

Nazirlər Kabinetindən  verilən xəbərə görə, görüşdə V.Byanyimanın XI Qlobal Bakı Forumunda iştirakının önəmi qeyd olunub.

Azərbaycanın BMT-nin müxtəlif təsisatları, ö cümlədən UNAIDS ilə yaxından əməkdaşlıq etdiyi və onların fəaliyyətini dəstəklədiyi vurğulanıb.

İİV/QİÇS ilə mübarizənin Azərbaycanın milli səhiyyə strategiyasının əsas istiqamətlərindən biri olduğu bildirilib.

Diqqətə çatdırılıb ki, 2006-cı ildən başlayaraq Nazirlər Kabineti tərəfindən hər 5 illik dövr üçün İİV/QİÇS ilə mübarizə üzrə Tədbirlər Proqramı qəbul edilir. Proqramların hazırlanması Ümumdünya Səhiyyə Təşkilatı, UNAIDS və Qlobal Fondun tövsiyələri əsasında və onların dəstəyi ilə həyata keçirilir.

Görülən tədbirlər nəticəsində Azərbaycanın yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer aldığı qeyd edilib. Həmçinin Azərbaycan Respublikası ilə UNAIDS arasında əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçirilib.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev iştirak edib.

Diaspora