"Moskva Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək konfransda, hətta rəsmi olaraq sammitə dəvət olunsa belə, iştirak etmək niyyətində deyil".
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin saytındakı şərhində deyilir.
“Rusiya rəsmi dəvət olunsa belə, belə bir konfransda iştirak etmək niyyətində deyil”, - Zaxarova deyib.
Onun sözlərinə görə, bu forum “Zelenski formulası” ultimatumunun təbliğinə həsr olunacaq.
Zaxarova həmçinin bildirib ki, Moskva və Kiyev arasında danışıqlara başlamaq üçün istənilən təklifdən əvvəl Ukrayna lideri Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə dialoqun mümkünsüzlüyü haqqında fərmanının ləğvi olmalıdır. Zaxarova qeyd edib ki, Rusiya rəhbərliyi münaqişənin həlli üçün danışıqlara açıq qalır. O, həmçinin qeyd edib ki, Moskva “ultimatum dilini” qəbuledilməz hesab edir.
QAZİLER.AZ