Rusiya XİN İsveçrəni hədələdi: Cavab veriləcək

Rusiya XİN İsveçrəni hədələdi: Cavab veriləcək backend

Rusiya Xarici İşlər Nazirliyi İsveçrənin Moskvadakı səfirini çağıraraq, İsveçrə parlamentinin Avropa dövlətinin ərazisində dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsini nəzərdə tutan hüquqi baza sxeminin işlənib hazırlanması qərarına etiraz edib.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu barədə departamentin saytında qeyd edilib.

Bildirilib ki, Rusiya bu addımı qətiyyətlə pisləyir. Rusiya XİN həmçinin əlavə edib ki, Rusiya Federasiyasına məxsus vəsaitlərə həbs qoyulması barədə qərar qəbul edilərsə, cavab veriləcək.

“Rusiya tərəfi İsveçrə hakimiyyətinin beynəlxalq hüququn dövlət toxunulmazlığı ilə bağlı fundamental prinsip və normalarını kobud şəkildə pozan bu addımını qətiyyətlə pisləyir”, - deyə məlumatda bildirilib.

QAZİLER.AZ

Diaspora